Rizvan Fərzəliyev: Macarıstandan yaxşı nəticə ilə qayıdacağıq
21.12.2009 - 16:13
“İlin ən yaxşısı seçilməyim məndə xoş təəssürat oyadıb. Çox sevindirici haldır ki, bu uğura nail olmuşam”. Bu fikirləri apasport.az saytına açıqlamasında 2009-cu ilin ən yaxşı futzalçısı seçilən Rizvan Fərzəliyev deyib.
“Araz” klubunun və Azərbaycan yığmasının liderlərindən olan təcrübəli oyunçu qazandığı mükafata görə braziliyalı baş məşqçisi Joze Alesio da Silva minnətdardır: “İlk növbədə komanda yoldaşlarıma, baş məşqçiyə təşəkkürümü bildirirəm ki, məni bu yerə gətirib çıxarıblar. Bunda baş məşqçimin böyük rolu var. Əlbəttə ki, qazandığım uğurlara görə valideynlərimə də borcluyam. Bu, karyeramda ilk belə uğur deyil. İki-üç il əvvəl də ilin ən yaxşı futzalçısı seçilmişəm. Amma belə təmtəraqlı olmamışdı. Bu mükafatın əvvəlkilərdən əsas fərqi də budur. Belə təmtəraqlı mərasimi təşkil etdiklərinə görə başqa Rövnəq Abdullayev olmaqla, AFFA rəhbərliyinə, Futzal Federasiyasının prezidenti Zaur Axundova dərin minnətdarlığımızı bildiririk. Çox sağ olsunlar ki, futzala çox böyük qayğı göstərirlər”.
Bu il futzalda qazandıqları uğurların davamının gələcəyinə iddialı olan Rizvan növbəti mükafatı ölkə xaricində qazanmaq istəyir: “Bildiyiniz kimi, 2009-cu ildə futzalda böyük uğurlar qazandıq. Yığma ilə Portuqaliyada keçirilən yarışda 12 ən güclü komanda arasına vəsiqə qazandıq. İndi bizi yanvarda Macarıstanda keçiriləcək final mərhələsində ciddi sınaq gözləyir. “Araz”la isə “dördlər finalı”na vəsiqə qazanmışıq və həmin yarış gələn ilin aprel ayına təsadüf edir. Böyük ümidlərlə hazırlaşdığımız hər iki mötəbər turnirdə komandamıza uğurlar arzu edirəm. Yığma ilə böyük uğur qazanmağa iddialıyıq. Milli komandamızın üzvlərində özünəinam hissi var ki, biz Macarıstandan da yaxşı nəticə ilə qayıdacağıq. Biz özümüzə güvənirik”.

0
0