“Futbolçuların hamısı kəndçi və savadsızdır” - FOTO
21.12.2009 - 16:51
“Futbolçuların hamısı kəndçi və ərköyündürlər. Çox pul qazandıqları üçün özlərini itirirlər. Həm də onlar savadsızdırlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri türk aktrisası Billur Kalkavan deyib.
“Lig” TV-də yayımlanan bir verilişdə qonaq olan cazibədar xanım futbolçuları tənqid atəşinə tutub. O bildirib ki, “idmanın şahı” ilə məşğul olanların şəxsi keyfiyyətlərindən savayı, geyim tərzlərində də nöqsanlar var: “Onların heç birinin zövqü yoxdur. Hamısı üzərinə istehsal olunan fabrikin adı yazılmış geyimlərdən yararlanır. Markadan istifadə etmək zövqlə geyinmək anlamına gəlmir. Buna görə də onlar pis geyinirlər”.
Hər halda, Billurun bəyəndiyi futbolçu da var - “Fənərbaxça”nın uruqvaylı oyunçusu Dieqo Luqano: “O, çox yaxşı insana oxşayır. Bizim bərbərlərimiz də eynidir. Hər dəfə bərbərə gələndə, saçını refle etdirir”.

0
0