2009-cu ilə Zaqatalada yekun vurulacaq
21.12.2009 - 17:20
2009-cu ilə Zaqatalada yekun vurulacaq
Unibank Premyer Liqasının XVII turunun oyunlarının başlanma vaxtı məlum olub. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, çempionatın 2009-cu ildə keçiriləcək son turunun qarşılaşmaları dekabrın 24-də və 26-da baş tutacaq.

Hər oyun günündə bir matç gec başlayacaq. Cümə axşamı “Qarabağ”la “Bakı” arasında oyun 14:15, şənbə günü isə “Simurq”la “Neftçi”nın dueli isə 15:00-da başlayacaq. Zaqataladakı görüş Azərbaycan futbolunun 2009-cu ildəki son oyunu olacaq.

24 dekabr (cümə axşamı)

14:00. "Muğan" - "Xəzər Lənkəran"

Salyan Olimpiya Kompleksinin stadionu

14:00. "Standard" - "Karvan"
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

14:00. "Qəbələ" - "İnter"
Qəbələ şəhər stadionu, süni meydança

14:15. "Qarabağ" - "Bakı"
Ağdam rayon, Quzanlı qəsəbə stadionu

26 dekabr (şənbə)

14:00. "Turan" - "Olimpik-Şüvəlan"

Tovuz şəhər stadionu

15:00. "Simurq" - "Neftçi"
Zaqatala şəhər stadionu