“Ayaks” klubunun yetirməsi Azərbaycana baxışa gəldi
21.12.2009 - 17:34
“Bakı” baxışa hollandiyalı futbolçu cəlb edib. Bu haqda apasport.az saytına klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, “Den Boş” komandasının 27 yaşlı futbolçusu Adnan Bərəkət artıq sabahdan komandada ilk məşqinə çıxacaq.
“Adnan ərəb əsilli olsa da, Hollandiya vətəndaşıdır. Nümayəndəmiz onun oyununu ötən həftəsonu izləməli idi. Amma qar yağdığından Hollandiya çempionatı təxirə salındı. Komandasının kapitanı olan Adnanın Hollandiyanın yüksək liqasında oyun təcrübəsi böyükdür. Ötən mövsüm transfer etdiyimiz makedoniyalı hücumçu Georgi Xristov da “Den Boş”un şərəfini qoruyub. Bizə solda oynayan futbolçu lazımdır. Adnan həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynaya bilir” – deyə Məmmədov bildirib.
Qeyd edək ki, Bərəkət Hollandiya yüksək liqasında “Breda” (2002-2005, 40 oyun), aşağı divizionda “Eyndhoven” (2005-2006, 34 oyun 3 qol), “Kambuur” (2006-2008, 69 oyun, 9 qol), “Den Boş”da (2008-2009, 57 oyun, 16 qol) çıxış edib. Karyerasında ən məhsuldar dövrünü ötən mövsüm keçirən Adnan məşhur “Ayaks” futbol klubunun yetirməsidir.

0
0