Diniyev hara, Ziku hara?
22.12.2009 - 09:41
Azərbaycanlı mütəxəssis Şahin Diniyevin çalışdırdığı Qroznının “Terek” klubu İtaliyanın “İnter” komandasının sabiq futbolçusu Yanis Zikunu transfer edə bilər. Apasport.az saytının məlumatına görə, italiyalıların 5 il öncə 2,5 milyon avroya aldıqları 26 yaşlı rumın yarımmüdafiəçi “Terek”ə təklif olunub.
Buxarestin “Dinamo” klubunun transferə çıxardığı Zikuya yeni komanda axtaran agenti “Terek”in rəhbərliyi ilə əlaqə saxlayıb. Yanisin karyerasını davam etdirmək üçün digər variantı Sofiya MOİK-idir. Qroznılıların mövsüm bitdikdən sonra yollarını ayırdığı həmyerliləri hazırda orada çıxış edir. Söhbət Florentin Petre və Daniel Pankudan gedir. Yeri gəlmişkən, “Neftçi”də oynamış bolqar yarımmüdafiəçi Svetoslav Stefanov da yaydan etibarən ordu klubunun şərəfini qoruyur.
Qeyd edək ki, Ziku 2004-cü ildə “İnter”ə keçidi ilə diqqət mərkəzinə düşsə də, heyətdə möhkəmlənə bilməyib. Nəticədə rumın futbolçu İtaliya A seriyasında mübarizə aparan digər komanda - “Parma”ya icarəyə verilib.

0
0