Daha bir məşqçi adını Azərbaycan futbolu tarixinə yazdırdı
22.12.2009 - 10:27
Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov “Pro” kateqoriyalı lisenziya alıb. Apasport.az saytının məlumatına görə, Ukraynanın paytaxtı Kiyevdə təşkil edilən məşqçilik kursunda iştirak etmiş 44 yaşlı mütəxəssis imtahanı uğurla verərək, UEFA-nın diplomuna sahib çıxıb.
Peşəkar komandaların məşqçilərinin qrupunda təhsil alan Hüseynov bu il bir neçə dəfə Kiyevə yollanaraq, kurslara qatılıb. Hətta o, “Pro” kateqoriyalı lisenziya kurslarında iştirak etmək üçün öz cibindən 8000 dollar üzvlük haqqı da ödəyib. Kursları keçirən Ukrayna Futbol Federasiyanın Lisenziyalaşdırma Mərkəzi məşqçilikdə ən yüksək kateqoriyanı verir. Belə ki, qitə futbol qurumunun “Pro” diplomuna malik mütəxəssis bütün Avropanın ölkələrinin peşəkar liqalarında çalışmaq hüququ əldə edirlər. Bununla da “Karvan”ın baş məşqçisi futbol tariximizə düşüb. Çünki Hüseynov “Pro” kateqoriyalı lisenziyaya malik ilk məşqçimizdir.
Hüseynovla yanaşı, Moldova, Litva, Özbəkistan, hətta Hollandiyadan gələn çalışdırıcılar da bu kateqoriyaya sahib çıxıblar. Ukraynalı məşqçilərdən isə Andrey Qusin, Yuri Maksimov, Sergey Kovalets, Viktor Qrişko, Sergey Puçkov kimi tanınmış veteran futbolçular lisenziyaa yiyələniblər. Yeri gəlmişkən, hazırda Simferopolun “Tavriya” klubunun baş məşqçisi olan Puçkov vaxtilə milli çempionatımızda oynayıb. O, ötən əsrin 90-cı illərinin sonunda “Bakılı” klubunda forma geyindiyi zaman Hüseynova yaşıl meydanda rəqib olub.
Qeyd edək ki, məşqçilikdə ardıcıllıqla C, B, A və “Pro” kateqoriyalı lisenziyalar verilir.

0
0