“Xəzər-Lənkəran” üçün 17 gün
22.12.2009 - 10:54
“Xəzər-Lənkəran” klubunun qış fasiləsi ilə bağlı planlarına tam aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, rəhbərlik futbolçulara cəmi 17 gün istirahət verəcək. Dekabrın 24-də “Muğan”la keçiriləcək matçdan sonra istirahətə buraxılacaq oyunçular gələn il yanvarın 11-də bir araya gələcəklər. Həmin gün Bakıda yığışacaq komanda ertəsi Türkiyəyə yollanacaq.
Yanvarın 12-dən 28-dək Antalya şəhərində təlim-məşq toplanışı keçəcək "Xəzər-Lənkəran" hazırlıq dövründə 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komandanın rəqiblərindən biri artıq məlumdur. "Xəzər-Lənkəran" yanvarın 23-də Rusiyanın "Spartak" (Moskva) klubu ilə qarşılaşacaq.

0
0