Hollandiyalı futbolçu “Bakı” klubuna keçməyə razılıq verdi
22.12.2009 - 16:48
Hollandiyalı futbolçu “Bakı” klubuna keçməyə razılıq verdi
“Bakı” hollandiyalı futbolçu Adnan Bərəkəti transfer edir. Bu haqda apasport.az saytına komandanın vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, baş məşqçi Bülənt Korkmaz 27 yaşlı ərəb əsilli oyunçunu bəyənib.

“Korkmaz Bərəkəti sərəncamında görmək istəyir. Biz futbolçu ilə müqavilə məsələsini müzakirə etdik. Təklif etdiyimiz maddi şərtlərdən razı olan Adnan komandmıza keçməyə razıdır. O sabah Hollandiyaya qayıdıb, klubu ilə danışıqlar aparacaq. “Den Boş”la gələn yaya kimi müqaviləsi olduğu üçün başqa komandaya sərbəst keçə bilməz. Danışığımız belə olub ki, Bərəkət klubu ilə müqavilə məsələsini özü həll etməlidir. Əgər bunu yoluna qoysa, gələn ay birbaşa Türkiyəyə gələrək, komandamızın oradakı hazırlıq prosesinə qoşulacaq” – deyə Afşar bildirib.

Qeyd edək ki, həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynaya bilən Bərəkət “Ayaks” klubunun yetirməsidir. O, “Breda”nın heyətində Hollandiyanın yüksək liqasında çıxış edib.
0