Hafiz Məmmədov: Biz onu əfsanələşdirəcəyik
23.12.2009 - 09:43
Azərbaycanın ən titullu futbolçusu Mahmud Qurbanov “Bakı” klubunda oynayan məşqçi olacaq. Apasport.az saytının məlumatına görə, bu təkliflə komandanın prezidenti Hafiz Məmmədov çıxış edib. O bildirib ki, son vaxtlar əsas heyətdə yerini itirməsinə bxmayaraq, təcrübəli futbolçu ilə vidalaşmaq fikrində deyillər.
“İnşallah, Mahmudu futboldan yola salanda sonra ona “Bakı”da qalıb, oynayan məşqçi olmağı xahiş edəcəyik. Onun komandamızda artıq oynayan məşqçi kimi fəaliyyət göstərməsi planımdadır. Biz bunu gerçəkləşdirməklə, bir növ Mahmudu əfsanələşdirəcəyik. Qurbanov həm gözəl futbolçudur, həm də gözəl insan. Sizi bir faktı deyim ki, “Bakılı”nı 6:0 hesabı ilə məğlub etdiyimiz kubok oyununda Mahmud böyüklük nümayiş etdirdi. Yəni o, özü qol vura biləcəyi epizodlarda bunu etməyib, iki gənc futbolçuya məhsuldar ötürmə verdi. Onlar da qolu vurmaqla, necə sevindilər. Bu, Mahmudun peşəkarlığını göstərir. Futbolçuya, insana xas olan ən yaxşı cəhətlər, yaraşan hərəkətlər onda cəmləşib” – deyə Məmmədov bildirib.
Qeyd edək ki, Mahmud ötən qış “İnter”dən “Bakı”da keçib.

0
0