“Mahmud Qurbanov klubu” nə vaxt yaranacaq?
23.12.2009 - 09:57
“Mahmud Qurbanov klubu” nə vaxt yaranacaq?
“Mahmud Qurbanov klubu”nu yaratmaq super ideyadır və Allahın köməyi ilə bu yöndə ilk işi biz görəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.

Məmmədovun təcrübəli futbolçu Mahmud Qurbanovla bağlı fikri onun adına klubun yaradılmasıdır. Yəni müxtəlif klublarımızda 10 dəfə ölkə çempionluğu qazanmaqla, mütləq rekorda imza atan Mahmuda çatanlar həmin kluba üzv olacaq: “Mahmud Qurbanov klubu”nu yaratmaq həqiqətən də gözəl fikirdir. Çünki Azərbaycanda heç bir futbolçunun bu qədər çempionluğu, nailiyyəti yoxdur. Bunu düşünüb, həyata keçirmək lazımdır. Niyə də yox? Misal üçün, keçmiş SSRİ-də ölkə çempionatında ən azı 100 qol vuran futbolçu “Qriqori Fedotov klubu”na üzv qəbul olurdu. Bizdə də hansısa futbolçu bu qədər çempionluq, titul qazanarsa, ona hansısa mükafat təqdim edəcəyik”.

Qeyd edək ki, Mahmud ötən qış “İnter”dən “Bakı”da keçib.