Zeynal Məmmədov: Artıq bizim İzmir şəhərində də komandamız var
23.12.2009 - 10:06
Azərbaycan çempionu “Bakı” daha bir xarici komanda ilə əməkdaşlığa başlayır. Apasport.az saytının məlumatına görə, indiyədək bir neçə Avropa klubu ilə belə münasibətləri olan paytaxt təmsilçisi Türkiyənin “Bostanlıspor” komandası ilə də “qardaşlaşıb”.
Klubun prezidenti Avni Erboy ölkəmizə səfər edərək bakılıların “İnter” və “Simurq”la qarşılaşmalarını da izləyib. “Bakı”nın bazasını ziyarət edən türk funksioner burada gördüklərinə heyran olub: “Bakı” və “Bostanlıspor” qardaş klublardır. Onların bazasında oldum. “Bakı”nın təsisləri Türkiyə klublarına nümunə olmalıdır. Bizim idman adamlarımız ora gedərək, bakılıların bazası ilə tanış olub nəticə çıxarmalıdır. Başda “Karşıyaka” olmaqla bütün türk klublarına bakılıların bazası kimi baza arzulayıram. İnşallah onların da belə təsisləri olar”.
Erboy Azərbaycan çempionunun ölkəmiz üçün gördüyü işləri də nəzərdən qaçırmayıb: “Orada gördüyüm münasibət məni çox duyğulandırdı. Klubun vitse-prezidenti Zeynal Məmmədov və onunla çalışanlara təşəkkür edirəm. Onlar bir millət, iki dövlət olan Türkiyə-Azərbaycan dostluğu üçün əllərindən gələni edirlər. “Bakı” Azərbaycan futbolu üçün böyük vəsait xərcləyir. Klubun prezidenti Hafiz Məmmədova belə işlərə görə təşəkkür edirəm. O ölkəsinin sayılıb-seçilən iş adamlarındandır. İşinin çıx olmasına baxmayaraq, klubu, xüsusilə də onun aşağı yaş qrupları ilə maraqlanır. Bu təqdirəlayiq haldır”.
Zeynal Məmmədov isə bu “qardaşlığın” artıq “Bakı”ya uğur gətirdiyini düşünür: “Avni bəy bizə uğur gətirib. Onun gözü qabağında iki çətin oyun keçirdik. Turnir cədvəlində 1-ci və 3-cü olan komandaları məğlub etdik. Bu qələbələr bizi 7-ci sıradan 4-cü pilləyə qaldırdı. O artıq bizim uğurumuzdur. Klubu “Bostanlıspor” da klubumuzun qardaşıdır. Artıq bizim İzmirdə də klubumuz var”.
Qeyd edək ki, “Bakı” indiyədək Almaniyanın “Herta” və Belçikanın “Anderlext” klubları ilə də əməkdaşlıq haqqında müqavilələri var.

0
0