Messi üçün daha bir titul
23.12.2009 - 10:32
Argentina milli komandasının futbolçusu Lionel Messi daha bir titul qazanıb. Apasport.az saytının məlumatına görə, İspaniya “Barselona”sında çıxış edən cənubi amerikalı planetin ən yaxşı gənc oyunçusu seçilib.
Dünyanın 23 yaşadək ən yaxşı 100 oyunçusunun siyahısını tərtib edən İtaliyanın “Guerin Sportivo” nəşri Messini birinci pilləyə layiq görüb. O, ispaniyalı Sesk Fabreqas və braziliyalı Alexandro Patonu qabaqlayıb. Almaniya milli komandasının türk futbolçusu Məsud Özil siyahıda 6-cı yeri tutub. Azərbaycanlı oyunçuların düşmədiyi “Top-100”də postsovet məkanının cəmi 3 futbolçusu yer alıb. Rusiya yığmasının gənc ulduzu Alan Dzaqoyev 10-cu, gürsü Jano Ananidze 74-cü, ukraynalı Andrey Yarmolenko 92-ci sırada yer alıb.

0
0