Məşhur məşqçi fahişəxanada yaxalandı
25.12.2009 - 11:39
Məşhur məşqçi fahişəxanada yaxalandı
İngiltərə futbolunda seks qalmaqalı baş verib. Apasport.az saytının məlumatına görə, “Dumanlı Albion”da məşhur bir məşqçi tailandlı pozğun qadınların 130 funt sterlinq maaş aldığı fahişəxanaya girərkən yaxalanıb. Həmin məşqçinin adının bütün jurnalistlərə, idman ictimaiyyətinin nümayəndələrinə məlum olmasına, hətta İnternetdə də yayılmasına baxmayaraq, mətbuatda bundan istifadə etmək yasaqdır. Çünki İngiltərədə şəxsi həyatla bağlı qanuna əsasən, KİV-də məşqçinin adının verilməsi məhkəməyə gətirib çıxara bilər.

İngilis jurnalistləri arasında böyük narazılığın yaranmasına səbəb də elə bu qanundur. Onlar yaradıcılıqlarına maneçilik törətdiyini əsas gətirərək, qanuna etiraz ediblər. Üstəlik vəkillər və deputatlar da “hər kəsin bildiyi sirr”in mətbuatda açıq şəkildə yazıla bilməməsindən narazılıqlarını bildiriblər. Hər halda, adı heç kimdən gizli olmayan həmin məşqçinin kimliyi haqda KİV-də bir dəfə də qeyd olunmayıb.

Xatırladaq ki, ötən il Böyük Britaniyanın “News of the World” qəzeti “Formula-1”in sabiq prezidenti Maks Moslini qrup halında sekslə məşğul olduğunu yazmışdı. Sonradan Mosli qəzet rəhbərliyini məhkəməyə verərək, qalib gəlmişdi. Nəticədə “News of the World” 60 min funt-sterlinq cərimələnmişdi.
0