“Spartak”ın hücumçusu Azərbaycandan təklif alıb - FOTO
30.12.2009 - 15:12
“Spartak”ın hücumçusu Azərbaycandan təklif alıb - FOTO
Bolqarıstanın “Spartak” klubunun hücumçusu Mixail Avrionov Azərbaycandan təklif alıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı bolqar futbolçu karyerasını ölkəmizdə davam etdirmək haqda düşünür.

Varna “Spartak”ında ötən ilin iyulundan çıxış edən Avrionovun indiyə kimi karyerası vətəni ilə bağlı olub. Nəhayət, ölkə kənarda çıxış etmək haqda düşünən hücumçu postsovet məkanına gəlmək istəyir. Mixail Azərbaycan, yaxud Qazaxıstan arasında seçim edəcək. İndi problem ondadır ki, “Spartak”ın bir sıra futbolçuları, o cümlədən Avrionov Bolqarıstan Futbol İttifaqının Arbitraj Komitəsinin qərarını gözləyir.

O, “Spartak”da müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət edən sonuncu futbolçu olub. Arbitraj Komitəsinin toplantısını gözləyən təcrübəli hücumçu bundan sonra gələcək taleyi ilə bağlı son qərarı verəcək. Vətənindən də bir sıra təkliflər alan Mixaili keçmiş komandası “Etar” geri qaytarmağa iddialıdır. Komandanın məşqçisi Nikolay Arnaudov bildirib ki, danışıqlar apardıqları futbolçu onların şərtlərini bilir.

Qeyd edək ki, Avrionov “Etar”ın heyətində 63 oyunda 29 qol vurub.
0