Türkiyədə ilk dəfə kürdcə canlı futbol yayımı
30.12.2009 - 15:17
Türkiyədə ilk dəfə kürd dilində idman yarışından canlı teleyayım olacaq. Apasport.az saytının məlumatına görə, yayımı rəsmən kürdcə fəaliyyət göstərən 1 yaşlı TRT “Şeş” telekanalı həyata keçirəcək. Bu kanalda TRT-nin yayım hüquqlarına malik olduğu Türkiyə Kubokunun oyunları göstəriləcək.
Artıq bunun üçün xüsusi şərhçi hazırlanılır. TRT “Şeş”in koordinatoru Fəthullah Kirşan sözügedən layihə haqda bunları deyib: “Hazırda TRT 1 telekanalı ilə birgə türkcə canlı yayımlar həyata keçiririk. Bu, bur müddət də belə davam edəcək. Oyunların kürdcə şərh edilməsindən ötrü texniki hazırlıq davam edir. Tamaşaçılardan aldığımız telefon zəngləri, e-maillər və SMS-lər yayımların uğurlu olduğunu göstərir”.
Qeyd edək ki, bir neçə gün öncə TRT “Şeş”də türkcə “Qalatasaray” - “Trabzonspor” matçı yayımlanıb.

- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu
0
0