“Real” “Fənərbaxça”nın futbolçusu ilə anlaşdı
30.12.2009 - 15:54
“Real” “Fənərbaxça”nın futbolçusu ilə anlaşdı
Madridin “Real” klubu “Fənərbaxça”lı Andre dos Santosla anlaşıb. Apasport.az saytının məlumatına görə, artıq ispanlar 26 yaşlı braziliyalı oyunçunun meneceri Roberto Keyruş de Andradla anlaşıblar. Andrad “Fənərbaxça” rəhbərliyinin razılığın almaq üçün İstanbula gəlib.

“Real”ın idman direktoru Xorxe Valdano və çilili baş məşqçi Manuel Pelleqrini iki futbolçu arasında seçim etməli olublar. Andre dos Santosla yanaşı, “Benfika”dan David Luisin də namizədliyi müzakirə edilib. Lakin “Benfika” rəhbərliyi transfer qiymətinin 50 milyon avro olduğunu bildirib. Daviddən dərhal əl çəkən “kral klubu”nun rəsmiləri Andrenin keçidinə çalışırlar. Üstəlik, braziliyalının sol cinahda mövqe tutması və hücumameylli olması “Real” nümayəndələrinin ürəyindəndir. Madrid təmsilçisinin dos Santosu 12 milyon avro müqabilində alacağı gözlənilir.

Xatırladaq ki, Andre bu ilin yayında “Korintians” klubundan transfer edilib. Braziliya yığmasının da şərəfini qoruyan futbolçu “Fənərbaxça”da 13 oyuna 8 qol vurub.
0