Cavadovun “Tvente” ilə müqavilə bağlaması yenə təxirə düşdü
06.01.2010 - 00:00
Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovun Hollandiyaya səfərinin vaxtı dəqiqləşib. Bu barədə apasport.az saytına futbolçunun atası Füzuli Cavadov məlumat verib. Onun sözlərinə görə, “zambaqlar ölkəsi”nə yanvarın 10-da yollanacaqlar.
“Tvente” klubunun “Qarabağ”dan transfer etmək istədiyi futbolçunun danışıqlar aparmaq üçün səfərə çıxmasında əsas problem viza, bayramla əlaqədar səfirliklərin işləməməyi ilə bağlı idi. Hətta bu səbəbdən səfərin tarixini dəyişməli olan Cavadovların yanvarın 6-da, yaxud 9-da gedəcəyi deyilirdi. Ancaq ata Cavadovun sözlərinə görə, Hollandiyaya yollanmaqla bağlı heç bir əngəl qalmayıb: “Artıq Şengen vizası almışıq. Bildiyimə görə, bizimlə birgə səfərə çıxacaq “Qarabağ”ın direktoru Əmrah Çəlikəl vizasını Türkiyədə alacaq. Pasportlarımız klubun ofisindədir, biletlərimiz də hazırdır. Yanvarın 10-da səhər saatlarında Bakı-İstanbul-Amsterdam reysi ilə səfərə çıxacağıq. Ola bilsin ki, Amstderdamdan “Tvente”nin təmsil etdiyi Enshedeyə qatarla yollandıq. Hollandiyaya bazar günü gedəcəyik. Həmin vaxt istirahət günü olduğu üçün danışıqlar bazar ertəsinə qalacaq. Vaqifin həmin günü “Tvente”nin ofisində rəsmi müqaviləyə imza atacağı, təqdimetmə mərasiminin olacağı gözlənilir”.
Xatırladaq ki, Cavadovların Hollandiyaya yanvarın 9-da yollanması nəzərdə tutulmuşdu.

0
0