Maşallah Əhmədov: Evimdə, ofisimdə axtarış apardılar - MÜSAHİBƏ
06.01.2010 - 00:04
Azərbaycanın veteran futbolçusu Maşallah Əhmədovun Lent.az-a müsahibəsi
- Rasim Əliyevin intihar etməsi ilə əlaqədar cinayət işində Sizin adınızın da hallanması nə ilə əlaqədardır?
- Rasim Əliyev qayınanamın kəndçisi idi. Yəni, Qazax rayonunun Daş Salahlı kəndində doğulmuşdu. Ona öz adıma olan “Mercedes” markalı 1989-1990-cı il buraxılışı olan köhnə avtomobil satmışam. Tanışlığımız da belə başlayıb. Xırdalanda ev tikirdi. Yaxşı adam idi, pis oğlan deyildi. Onu sonradan Namiq adlı bir nəfərlə tanış elədim. Həmin şəxs Xırdalanda tikilən yeni binalardan mənzil aldı. Deyəsən, mənzil ona 27 min manata satıldı. Müştəri bu pulun 12 min manatını verdi, qalan 15 min manatını isə bilmirəm, 2 iləmi, 3 iləmi ödəməyə razılaşdılar. Sonradan mənzilin qiyməti qalxdı. Rasim qalan pulu istədi. Dedi ki, tez mənim pulumu ver. Müştəri isə məni tanıdığından Rasimlə bu haqda danışmağımı xahiş etdi. Mən də Rasimgilin evlərinə gedib, ona dedim ki, ayıbdır, yekə oğlansan. Sonra arvadı düşdü, qırğın-qiyamət elədi ki, bu adamlar evdən çıxmalıdırlar. Onlar evdən çıxdılar, mənzil Rasimgilə qaldı və 40 min manata satıldı. Sonra Rasim müştərinin ilkin olaraq, ödədiyi 12 min manatını qaytardı. Nərimanov rayon prokurorluğuna verdiyim izahatda da göstərmişəm. Amma arvadı mənim onlara 15 min manat borcumun olduğunu iddia edir. Deyirəm ki, ay bacı, pul üstündə adam adamın evinə gəlir? Bizi tanıyırsınız axı... Bax, belə bir xoşagəlməz hadisə olub.
- Bəs Rasim Əliyevin intiharına səbəb nə ola bilərdi?
- Allaha and olsun, onun intihar edəcəyi ağlıma da gəlməzdi. Çoxdandır onu görmürdüm. Pis oğlan deyildi. Yəqin, nəsə olub da... Biri deyir ki, külli miqdarda borcu olub, biri başqa söz deyir. Nə bilim, yüz dənə versiya irəli sürürlər. Deyirlər ki, guya bu adam Maşallah Əhmədovu öldürmək istəyib. Əgər məndən alacağı var idisə, məni niyə öldürürdü? Yaxud alacağı olan adam özünü öldürür? Mənə sui-qəsd etmək fikrinə düşmüşdüsə, bunu yaxınlarından kimsə bilməli və hüquq-mühafizə orqanlarını məlumatlandırmalı idilər. Heç kim məlumat verməyibsə, nəyə əsasən, məni öldürməyə gəldiyini iddia edirlər?
- Elə isə Rasim Əliyevin ailəsinin məhz Sizi ittiham etməsi nə ilə əlaqədardır?
- Bu adam rəhmətə gedib. Arvadıdır da... Deyim ki, niyə belə danışırsan? O, mənim ailəmi – yoldaşımı, uşaqlarımı tanıyır. Evimizə gəlib-gedirdilər. Rəhmətlik yenicə evlənmişdi. Evin qiyməti qalxdıqdan sonra Rasim mənə dedi ki, Maşallah, sən Namiqi tanıyırsan, de evdən çıxsınlar. Dedim, söz danışıqdan keçər, belə etmək lazım deyil. Qulaq asmadı. Güclə evdən çıxardılar. İndi də izahat veriblər ki, Maşallah sənəd düzəltmək üçün 15 min manat pul istəyib. Məgər sənəd düzəltmək üçün bu qədər pul lazımdır? Mən icra başçısıyam, yoxsa Baksovetdə işləyirəm? Boş-boş şeylər danışırlar. Sadəcə, tanınmış adamam, ona görə mənim adımı çəkiblər.
- Qəsdən?
- Yenə deyirəm: Mərhumun arvadı məni də, qayınananamı da tanıyır, bir kənddəndirlər. Arada heç bir mərdimazarlıq, şeytanlıq olmayıb, münasibətlərimiz yaxşı olub, mehriban olmuşuq. 7-8 ay qabaq mənə zəng etdi. Anasının xəstə olduğunu deyib, ona satdığım avtomobil üçün etibarnamə verməyimi xahiş etdi. Halbuki mən ona “Mercedes”i satdıqdan sonra 200 dollara yaxın verməlisi qalmışdı.
- Hadisə ilə bağlı dindirilmisiniz?
- Bəli. Hadisənin baş verdiyi günün ertəsi – dekabrın 31-də Nərimanov rayon prokurorluğuna çağırıldım. Gündüz saat 2-dən axşam 10-dək məni orada saxladılar. Demək olar ki, Yeni İl axşamını prokurorluqda keçirdim. Evdə isə məni qızım, oğlum, gəlinim, nəvəm, qudam gözləyirdi. Bax, belə bir peşmançılıq oldu. Əvvəlcə izahat verdim, sonra gəlib evimi, ofisimi yoxladılar.
- Nə isə tapa bildilər?
- (Gülür) Topdan başqa nə tapa bilərdilər? Futbol topunu deyirəm. Bir də idman forması...
- Niyə yoxlayırdılar?
- Nə bilim. Dedilər ki, evini, ofisini yoxlamalıyıq. Nə edə bilərdim? Dövlətlə dövlətçilik eləməyəcəm ki... Belə bir əziz gündə qızımın, gəlinimin, nəvəmin, digər yaxınlarımın yanında evimdə axtarış apardılar. Mərhumun arvadı nə isə ifadə verib. Təkcə mənim barədə yox, digərlərindən də danışıb. Amma mən respublikada tanınmış adamam da...
- Tanınmış adamın evində bayram günündə axtarış aparırlar?
- Niyə aparmırlar? Yeri gəlsə, tuturlar da... Mən ona “Evimi niyə yoxlayırsan” deyə bilmərəm.
- Bununla da Sizdən əl çəkdilər?
- Dedilər ki, lazım olsa, çağıracağıq.
- Mərhumun həyat yoldaşı ərinin məhz Sizin təzyiqləriniz ucbatından intihar etdiyini iddia edir?
- Mən ona necə təzyiq edə bilərəm? Mənimlə onun aramda nə olub ki, ona təzyiq edim? Amma həyat yoldaşı deyir ki, Maşallahın ona verəcəyi var. Halbuki o, məndən avtomobil alanda 200 dollar borcu qalmışdı. İmkanı olsaydı, verərdi. Məndən etibarnamə istəyəndə dedim ki, maşını adımdan çıxart.
- İntihar edərkən onun yanında heç kim olmayıb?
- Deyilənlərə görə, yanında iki qadın olub. Qadınlar taksidən düşüb qaçıblar. Bu da qadınların dalınca düşüb. Bunu yaralanan polis işçisi yaxşı bilər. Məncə, normal adam belə şey etməz.

0
0