“Simurq”un simasını Ukrayna diasporu müəyyənləşdirir”
06.01.2010 - 09:53
“Simurq”un simasını Ukrayna diasporu müəyyənləşdirir. Düzdür, beynəlmiləl komandamızda yerlilər, gürcülər və rusiyalılar da var. Lakin klubunu özəyini aparıcı rollarda olan ukraynalılar tutur. Bu Andrey Nikitin və Mixaylo Starostyak kimi futbolçuların oynadığı ötən mövsümdə də belə idi, indi də”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun kapitanı Aleksandr Malıgin deyib.
Hazırda vətənində olan ukraynalı müdafiəçi yerli jurnalistlərə müsahibəsində Azərbaycan futbolu haqda danışıb. Malıgin ölkəmizdə bu idman növünün inkişafına da toxunub: “Həqiqətən də son bir neçə ildə Azərbaycan futbolunun səviyyəsi qalxıb. Futbola qoyulan vəsaitin həcminin artması sayəsində təkcə səviyyəli futbolçular deyil, tanınan məşqçilər də ora dəvət olunub. Bunun nəticəsidir ki, yerli oyunçular da inkişaf edib. Bəziləri isə Hollandiya və Türkiyə klublarından təklif alıblar ki, bu da futbolun səviyyəsindən xəbər verir. Ukrayna ilə müqayisə etsək, məncə, Azərbaycanın ilk 6 komandası Ukrayna Premyer Liqasında itib-batmaz”.
Malıgin Azərbaycan çempionatında rastlaşdığı tanınmış simalardan da danışıb: “Zenit” və “Krılya Sovetov”da oynamış Robertas Poşkusla hələ Rusiya stadionlarında da qarşılaşmışdım. İndi o Azərbaycanda aparıcı oyunçulardandır. Luqansk “Zarya”sında mənimlə oynamış İqor Pankratyev burada “Standard” klubunun məşqçilər korpusunda yer alırdı. Litva “Jalgiris”inin tanınmış üzvü da daxil olmaqla, bu korpus məhz bizim komandaya uduzandan sonra istefaya getməli oldu. Nə etmək olar, bu futboldur”.
Aleksandr istirahət üçün yollandığı doğma Luqansk şəhərinin təmsilçisindən təklif almadığını bildirib: “Sadəcə, valideynlərim və qohumlarıma baş çəkmək üçün gəlmişəm. Mənə heç kim heç nə təklif etməyib. Lakin hər bir luqansklı doğma klubda oynamağı arzulayır. İnternet vasitəsilə klubun çıxışlarını izləyir, “Zarya”dakı dostlarımla əlaqə saxlayıram. Mövsümün sonunda müqaviləm bitir. Nə olacağını bilmirəm. Hər şey qismətdən asılıdır. Amma gələcəkdə Ukraynaya qayıtmaq, ailəmə, valideynlərimə yaxın olmaq istəyərdim”.
Malıgin “Simurq”un qarşısına qoyulan vəzifələri də açıqlayıb: “Çempionatın ilkin mərhələsinin nəticələrinə əsasən, ilk “altılığ”a düşməliyik. Sonra isə qitə kuboklarına vəsiqə verən mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparacağıq”.

0
0