“Xəzər-Lənkəran” klubunun futbolçusu “Real”da məşqlərə başladı
06.01.2010 - 10:39
“Xəzər-Lənkəran” klubunun futbolçusu “Real”da məşqlərə başladı
“Xəzər-Lənkəran” klubunun futbolçusu Allan Lalin Hondurasın “Real Espana” komandasında məşq edir. Apasport.az saytının məlumatına görə, dünən 29 yaşını qeyd edən hücumçu qış fasiləsində formasını itirməmək üçün sabiq komandası ilə hazırlıq keçir.

Honduraslı həmkarlarımızla söhbət edən Allan bunun yalnız müvəqqəti hal olduğunu bildirib: “İndiki vəziyyətdə Hondurasa qayıtmaq istəmirəm. Axı Azərbaycanda hər şey olduqca yaxşıdır”.

Qeyd edək ki, ötən ilin yayından “Xəzər-Lənkəran”da çıxış edən Lalin Unibank Premyer Liqasında 6 qol vurub.