Yaxşı yol, Oleq!
06.01.2010 - 13:50
Sabah Tovuzun “Turan” klubunda iclas keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbirə klub prezidenti Musa Süleymanov, baş məşqçi Nizami Sadıqov, digər rəhbər şəxslər və oyunçular qatılacaq.
Yığıncaqda “Turan”ın 2009/10 mövsümünün ikinci hissəsinə hazırlıq planı və heyətlə bağlı məsələlər müzakirə olunacaq. Tovuzluların legionerlərindən biri Oleq Xromtsovla yollarını ayıracağı da bu tədbirdə dəqiqləşəcək. Əvəzedici komandada bombardirlik keyfiyyətlərini nümayiş etdirən futbolçu əsas komandada möhkəmlənə bilməyərək cəmi 6 matçda şans qazanıb və 1 qol vurub. Bu səbəbdən də 29 yaşlı moldovalı hücumçunun “Turan”ı tərk edəcəyi gözlənilir.

- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
- “Real” Mourinyonun istədiyi futbolçu ilə maraqlanır - 1 illik müqavilə variantı
- Romao Rusiya klubunda - RƏSMİ
0
0