Vaqif Qasımov borc məsələsini yaxın buraxmır: Bu mənlik deyil!
06.01.2010 - 14:47
“Komandamızın sabiq kapitanımız Tərlan Əhmədova 17 min dollar borcu olmasından xəbərim yoxdur. Əgər belə bir şey varsa, buna qarışmayacağam”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Olimpik-Şüvəlan” klubunun prezidenti Vaqif Qasımov deyib.
“Təyyarəçilər”də əvvəllər vitse-prezident olan Qasımov iki illik fasilədən sonra komandaya prezident kimi qayıtdı. Bu postda uzun illər birgə çalışdığı Rəsul Rəsulovu əvəzləyən Qasımov Tərlan Əhmədovu yaxından tanıyır. Belə ki, o, 2006-cı ildə “Olimpik”ə transfer etdiyi Əhmədovla milli komandada da birgə çalışıb. Qasımov sabiq futbolçusuna borc məsələsinə müdaxilə etməyi lazım bilmir: “İki il klubda olmamışam. Məndən əvvəl başqa prezident olub. Futbolçularla əvvəlki müqavilələri mən bağlamamışam. Əgər həqiqətən də kiməsə borc varsa, bunu tələb etsinlər. Bu, mənlik deyil”.
Keçən ilin oktyabrın 27-də “Olimpik-Şüvəlan”ın yeni prezidenti təyin edilən Qasımov öz vaxtındakı maliyyə məsələlərinə cavabdeh olduğunu qeyd edir: “Mən gələndən sonra kimsə deyə bilməz ki, ona borcumuz var. Hazırkı postda işimə sıfırdan başlamışam. Əsas tələbim maaşların vaxtı-vaxtında verilməsi olub. Sponsorlarımız da bunu lazımınca həyata keçirirlər. Futbolçulara maaşlarını, mükafatlarını da gecikdirmirik. Nəticədə heç birinin də narazılığı yoxdur”.
Qeyd edək ki, 38 yaşlı Əhmədov futbolçu karyerasına ötən yay “Olimpik-Şüvəlan”da bitirdikdən sonra “Xəzər-Lənkəran”a məşqçi kimi işə başlayıb.

0
0