Bülənt Korkmaz razıdır
07.01.2010 - 09:42
Bülənt Korkmaz razıdır
“Bakı” Antalyada gözəl şəraitdə hazırlıq keçir. Burada hər şey əladır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz deyib.

“Zolaqlılar” “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” uğrunda yarışa və Unibank Premyer Liqasının hazırlığına Türkiyənin Antalya şəhərində start veriblər. Yetirmələrinə gündə iki dəfə məşq keçən Korkmaz komandasının təlim-məşq toplanışından razıdır. Türkiyə mətbuatına açıqlama verən 42 yaşlı mütəxəssis bu şəraitin qarşıdakı yarışlara hazırlaşmaq üçün yetərli olduğunu düşünür: “Azərbaycan çempionatında qış fasiləsinədək 5-ci pilləyə qədər yüksəlməyi bacardıq. Qarşıda bizi Moskvada keçiriləcək “Birlik kuboku” turniri gözləyir. Həm bu yarış, həm də ardından mübarizə aparacağımız ölkə birinciliyində uğurla çıxış etməyə çalşacağıq”.

Qeyd edək ki, “Bakı” Antalyanın Serik qəsəbəsinin Bələk Bələdiyyəsindəki “Papillon Belvil Otel”də məskunlaşıb.