“Transfer pəncərəsi” açıldı
07.01.2010 - 10:13
“Transfer pəncərəsi” açıldı
Bu gündən etibarən Unibank Premyer Liqasında qış transfer müddəti başlayır. Apasport.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumatına görə, ölkə çempionatının yüksək liqasında mübarizə aparan komandalar transfer etdikləri oyunçuların qeydiyyatı ilə bağlı quruma müraciət edə bilərlər. Klublara 29 gün vaxt verən PFL fevralın 4-dək qeydiyyatla məşğul olacaq.

Qeyd edək ki, Unibank Premyer Liqasının növbəti - 2010-cu ildəki ilk turu “transfer pəncərəsi”nin bağlanmasından öncə (fevralın 2-3-də) keçiriləcək.