Unibank Premyer Liqasının futbolçuları İspaniyaya gedir
07.01.2010 - 17:34
Bakının “İnter” klubunun iki futbolçusu İspaniyaya gedəcək. Apasport.az saytının məlumatına görə, bakılıların latviyalı futbolçuları Girts Karlson və Andrey Rubin öz ölkələrinin milli komandasına dəvət olunub.
Onlar Latviya yığmasının yanvarın 22-də Cənubi Koreya ilə keçiriləcək yoldaşlıq oyununa dəvət alıb. Bu qarşılaşma da İspaniyanın Malaqa şəhərində baş tutacaq. Karlsonla Rubin İspaniyadan birbaşa Türkiyənin Antalya şəhərinə yollanmaqla orada hazırlıq keçən “İnter”in düşərgəsinə qatılacaq.
Qeyd edək ki, Zaqatalanın “Simurq” klubunun yarımmüdafiəçisi Gennadi Solonitsin də həmin matça çağırılıb.

0
0