“Bakı”nın “Yuventus” klubundan futbolçu almağa gücü çatmadı
08.01.2010 - 13:27
İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi David Toukamın “Bakı”ya keçidi baş tutmayıb. Bu haqda apasport.az saytına paytaxtın eyniadlı komandasının vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, Kamerunun 19 yaşlılardan ibarət yığma komandasının üzvündən imtina ediblər.
“Xidmətində maraqlı olduğumuz Toukamın baxışa gəlməsi nəzərdə tutulmuşdu. Onun çıxış etdiyi dayaq yarımmüdafiəçisi mövqeyinə bizə futbolçu lazımdır. Ancaq Davidin transferə görə böyük məbləğ istənilməsi planlarımızı pozdu. O, çox baha başa gələcəkdi ki, bu da maddi baxımdan bizə sərfəli deyildi. “Beşiktaş”ın futbolçusu Erhan Güvənin məsələsini də artıq bağlanmış saymaq olar. Şərtlərini irəli sürdüyümüz orta sahə oyunçusu gəlmək istəsə də, müqavilə ilə məxsus olduğu “Beşiktaş”dan asılıdır. Onun “Qaziantepspor”a icarəyə veriləcəyi gözlənilir” – deyə Afşar bildirib.
Braziliyalılar Fabio Luis Ramim və Venyonun gəlişindən sonra artıq tam heyətlə hazırlıq keçdiklərini deyən Afşar daha iki legionerin yolunu gözlədiklərini söyləyib: “Onların hər ikisi afrikalıdır. Biri Qana, digəri Seneqal yığmasının üzvüdür. Adlarını açıqlamaq istəmirəm. Onu deyə bilərəm ki, qanalı dayaq yarımmüdafiəçisi, seneqallı isə hücumçudur. Sonuncunun klubu ilə müqaviləsi var. Qanalının yaxın günlərdə Antalyada hazırlıq prosesimizə gəlməsi mümkündür”.

0
0