Pavlyuçenko “Qalatasaray”a keçə bilər
08.01.2010 - 14:45
Türkiyənin “Qalatasaray” klubu Rusiya yığmasının futbolçusu Roman Pavlyuçenkonu transfer edir. Apasport.az saytının məlumatına görə, Türkiyə mətbuatı 28 yaşlı hücumçunun keçidi ilə bağlı İngiltərənin “Tottenhem” klubu ilə İstanbul təmsilçisi arasında razılığın əldə olunduğunu yazıb.
Həmkarlarımızın yazdığına görə, Roman “Cim Bom”a 7 milyon avroya başa gələcək. Hətta “Qalatasaray”ın prezidenti Adnan Polat komandanın baş məşqçisi Frank Raykaarda keçidin 1-2 günə tam həll olunacağını da bildirib.
Qeyd edək ki, ötən il martın 28-də Moskvada keçirilən dünya çempionatının seçmə oyununda Azərbaycan millisini 2:0 hesabı ilə məğlub edən rusların ilk qolunu məhz Pavlyuçenko vurmuşdu. O, “Qalatasaray”la yanaşı, digər türk klubu “Beşiktaş”ın maraq dairəsində idi. Hətta “Xəzər-Lənkəran”ın sahibi Mübariz Mənsimov da bu transferin gerçəkləşməsi üçün maddi kömək edəcəyini söz vermişdi.

0
0