Milli komandamız qrup üçüncüsü oldu
08.01.2010 - 15:18
Azərbaycanın 19 yaşlılardan ibarət yığması (U-19) Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə qrup mərhələsindəki oyunları başa vurub. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin rəhbərlik etdiyi komandamız Sankt-Peterburqda təşkil olunan turnirin qrup mərhələsinin son görüşündə Finlandiya ilə heç-heçə edib – 1:1. Bununla da, keçirdiyi 3 oyunda 2 xal toplayan yığmamız qrupda 3-cü yeri tutub.
Qeyd edək ki, ötən il turnirdə 7-ci yeri tutan komandamız bu dəfə nəticəsini yaxşılaşdırıb. Belə ki, Lippertin yetirmələri iki gün sonra Bakı vaxtı ilə saat 14:00-da 5-ci yer uğrunda görüşə çıxacaq. Yığmamızın rəqibi böyük ehtimalla özbək həmyaşıdları olacaq. Buna bu gün axşam saatlarında hər iki qrupda oyunlar başa çatdıqdan sonra aydınlıq gələcək.

komandalar | O | Q | H | M | T | X | |
1 | Türkiyə | 2 | 2 | 0 | 0 | 4-2 | 6 |
2 | Ukrayna | 2 | 1 | 1 | 0 | 2-1 | 4 |
3 | Azərbaycan | 3 | 0 | 2 | 1 | 3-4 | 2 |
4 | Finlandiya | 3 | 0 | 1 | 2 | 2-4 | 1 |
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0