Yığmamız toplanışa başlayır
08.01.2010 - 15:22
Futzal üzrə Azərbaycan yığma komandası yanvarın 12-dən 16-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Apasport.az saytının AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıq prosesində qapıçılar Andrey Tveryakin, Marat Salyanski, sahə oyunçuları Ağatahir Əzimov, Rizvan Fərzəliyev, Felipe Ribeiro dos Santos, Namiq Məmmədkərimov, Vitali Borisov, Maşado dos Santos, Tiaqo Rodriques , Luis Serjio Lukas , Rəcəb Fərəczadə, Alves Ediqleuson və Sergey Çuykov iştirak edəcək.
Məhz bu 13 futzalçının Avropa çempionatının final mərhələsində iştirak etmək üçün Macarıstana yollanması nəzərdə tutulub. Göründüyü kimi, siyahıda böyük futbolda çıxış edən, Sumqayıtın “Standard” klubunun hücumçusu Rəcəb Fərəczadə də var. Heyətin 6-sı, 7-si əcnəbi oyunçulardır. Yanvarın 17-də səfərə çıxacaq yığmamız buna qədər hər gün saat 17.00-dan 19.00-dək ABU-Arena İdman Kompleksində məşqlər keçəcək.
Qeyd edək ki, futzal yığmamız Avropanın 12 ən güclü komandası arasında ölkəmizi təmsil edəcək.

0
0