“Neftçi”nin futbolçuları “Turan”la şübhəli oyundan öncə hara çağırılıb? - FOTO
08.01.2010 - 15:37
“Neftçi”nin futbolçuları “Turan”la şübhəli oyundan öncə hara çağırılıb? - FOTO
Bakının “Neftçi” klubunun futbolçusu Marian Aliuta karyerasını Azərbaycanda davam etdirməsindən məmnundur. Apasport.az saytının məlumatına görə, qış fasiləsində istirahət üçün vətəninə yollanan yarımmüdafiəçi Rumıniyada həmkarlarımıza ölkəmiz haqda danışıb.

Aliuta həmyerliləri Adrian Neaqa və Leonard Naydinlə birgə çıxış etdikləri “Neftçi” klubundakı durumundan razıdır: “Orda nə gərginlik, nə də pulla bağlı problemlər var. Demək olar ki, böhran da yoxdur. Bakı turist şəhəridir və çox gözəldir”.

Milad bayramını vətənində ailəsi ilə keçirdiyini bildirən Aliuta digər əziz bayramlarını - Rumıniyanın Milli Birlik gününü də tək qeyd etmədiklərini bildirib. Onun sözlərinə görə, “Neftçi”də oynayan rumıniyalılar həmin bayram günü bir yerə toplaşıb. Özü də Neaqa, Aliuta və Naydin “üçlüyü”ü haradasa deyil, Rumıniya səfirliyinə çağırılaraq, bayramı orada qeyd edib.

Qeyd edək ki, “Neftçi” dekabrdakı, Milli Birlik günündən sonrakı ilk oyununu ayın 5-də Tovuzda keçirib. Paytaxt təmsilçisi həmin şübhəli matçda “Turan”ı 3:2 hesabı ilə məğlub etmişdi ki, qollardan ikisini Adrian vurmuşdu.