“Unirea” ilə Azərbaycan komandasının fərqi
08.01.2010 - 16:17
“Unirea” ilə Azərbaycan komandasının fərqi
Rusiyanın Premyer Liqasında mübarizə aparan “Tom” Azərbaycan klubu ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, Tomsk təmsilçisinin baş məşqçisi Valeri Nepomnyaşi Türkiyənin Antalya şəhərində keçirəcəkləri təlim-məşq toplanışı zamanı komandamızla yoxlama oyunu keçirəcəklərini bildirib. Ancaq mütəxəssis bir sıra rəqiblərdən fərqli, təmsilçimizin adını çəkməyib.

“Yanvarın 15-də ikinci Bundesliqa təmsilçisi ilə görüşəcəyik. 18-də Çempionlar Liqasında qrup mərhələsində oynamış Rumıniyanın “Unirea” klubu, üç gün sonra Moskva “Lokomotiv”i ilə qüvvəmizi sınayacağıq. Planlaşdırıldığı kimi, oyunlar qrafiki çoxalan istiqamətdədir. Bundan əlavə, yanvarın 18-də ikinci heyətimizlə Azərbaycanın yüksək liqa təmsilçisi ilə görüşəcəyik. Prinsipcə, bu, ilk toplanış üçün ənənəvi və kifayət qədər sıx proqramdır. Həmin hazırlıq mərhələmiz yanvarın 22-də bitəcək” – deyə Nepomnyaşi bildirib.

Göründüyü kimi, “Tom” yanvarın 18-də iki oyun keçirəcək və baş məşqçi əsas futbolçularını Çempionlar Liqasının iştirakçısının qarşısına çıxaracaq. Adı açıqlanmayan komandamızın payına isə “Tom”un əvəzediciləri düşəcək.

Qeyd edək ki, qrupda 3-cü yeri tutan “Unirea” Avroliqada çıxış etmək hüququ qazanıb.
0