“Röyaya simpatiyam yoxdur, məni isə Ülviyyə Könül bəyənib”
08.01.2010 - 16:59
“Bakı”da oynayanda “Mercedes E-klass” almışdım. İndiki, sayca ikinci maşınımı məcburiyyətdən almışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Rail Məlikov deyib.
24 yaşlı müdafiəçi maşınını dəyişməsinin Azərbaycan milli komandasında oynaması və polislərlə əlaqədar olduğunu bildirib: “Buna məcbur idim. Yol polisi saxlayanda deyirdi ki, bu nə maşındır sürürsən, yığma komandanın futbolçususan. Belə sözlər mənə utandırıcı gəlirdi”.
Railin yerli futbolçular arasında ən bahalı maşının sahibi olduğunu bilir: “Ancaq ailəm böyükdür, qohumlarıma da köməklik edirəm. 3 ilə pul yığdım və bu maşını - “Mercedes GL”-i aldım. Ona 100 min dollar xərcləmişəm. Azərbaycanda futbolçular arasında ən bahalı maşına malik olduğumu mən demirəm, sadəcə belə çıxır. Mətbuatda da belə yazıblar”.
Məlikov şou-biznesə münasibətini, rəğbət bəslədiyi müğənnilərin adını da açıqlayıb: “Şou-biznes nümayəndələrindən heç kimlə dostluq etmirəm. Ümumiyyətlə, yerli müğənnilərə simpatiyam yoxdur. Flora Kərimova, İlqar Muradov və Eyyub Yaqubovun mahnılarından həzz alıram. Çoxları elə bilirlər ki, mənim şou-biznesdə olan bəzi cavan müğənni qızlarla əlaqələrim var. Amma belə deyil. Röyanı tanıyıram. Ona qarşı da simpatiyam yoxdur. Məni isə Ülviyyə Könül bəyənib. Hələ klipə də dəvət edib”.
Mənbə: sia.az

0
0