“Ramin Musayevlə Xaqani Məmmədovun çirkin əməllərini şəffaf su ilə də yumaq olmaz”
08.01.2010 - 17:38
“Məncə, Ramin Musayevlə Xaqani Məmmədovu duru suya atsan, su çirklənər. Onların çirkin əməllərini ən şəffaf su ilə də yumaq olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri sabiq FİFA referisi Babək Quliyev deyib.
36 yaşlı keçmiş ədalət təmsilçisi AFFA Hakimlər Komitəsinin sədri və Peşəkar Futbol Liqasının prezidentini tənqid atəşinə tutub: “Xaqani Məmmədov kimdir? Hakimlər Komitəsinin sədri. Ramin Musayev kimdir? PFL-in prezidenti. Necə ola bilər ki, komitənin sədri və hakimlərin meydana çıxdığı çempionatın prezidenti çirkli olsun, amma hakimlik təmiz qalsın, inkişaf eləsin?! Mən Musayevlə Xaqani Məmmədova hakimliyin necə inkişaf etdiyini göstərəcəyəm. Hakimi yetişdirirlər. Onların yetişdirdiyi isə bostanda qarpızdır”.
Qeyd edək ki, Quliyev ötən ilin martında klub rəsmiləri ilə əlaqədə günahlandırılaraq, hakimlikdən qeyri-müəyyən müddətə uzaqlaşdırılıb.
Mənbə: ultrasport.az

0
0