Şenes Erzikdən maraqlı açıqlamalar
09.01.2010 - 00:21
Şenes Erzikdən maraqlı açıqlamalar
UEFA rəsmisi Şenes Erzik Türkiyə mətbuatına maraqlı açıqlamalar verib. Apasport.az saytının xəbərinə görə, o, Türkiyəni Avro-2016-nın təşkilatçılığına namizədlər sırasında hamıdan şanslı hesab edir.

“Hesab edirəm ki, 2016-cı ilə kimi Türkiyə təşkilatçılığı qazanmaq üçün bütün işləri yerinə yetirə biləcək. Hazırda bu yöndə işlərə artıq başlamışıq. Namizədlər arasında Norveç-İsveç cütünün imtinası yaxşı hal olmasa da, Türkiyənin Fransa və İtaliya kimi rəqibləri var. Əlbəttə, adları çəkilən ölkələr də bu yeri əldə etmək üçün çalışacaqlar. Amma mən bizim Avro-2016-ya ev sahibliyi edəcəyimizə inanıram” – deyə Erzik bildirib.

Erzik həmçinin türkiyəli hakimlərin Avropada artmaqda olan nüfuzunu analiz edib: “UEFA kuboku Avroliqa yarışlarıyla əvəzləndikdən sonra oyunların sayı da artdı. Belədə, hakimlərə də ehtiyac böyük idi. Türkiyədən Cüneyt Çakırın qitədə təcrübəsi artmaqdadı. 21 yaşadək futbolçular arasında AÇ-də çox uğurlu hakimlik nümayiş etdirdi. Hələ 33 yaşı var və bu onun gələcəyinə inam yaradır. Yeni il Çakır üçün ən yüksək kateqoriya olan elit-kateqoriyaya yüksəlmək üçün məqamdır. İnanıram ki, bunu bacaracaq”.
0