Kütləvi Futbol günü
09.01.2010 - 01:07
Kütləvi Futbol günü
UEFA-nın prezidenti Mişel Platini 2010-cu ilin 19 mayını “Kütləvi Futbol günü” elan edib. Apasport.az saytının xəbərinə görə, bununla Avropa futbol təşkilatının prezidenti mayın 22-də “Santyaqo Bernabeu”da keçiriləcək Çempionlar Liqasının final matçından öncə bütün diqqətləri milyonların sevimli oyununa yönəltmək istəyir.

Mayın 19-da Avropanın bir çox ölkələrində futbolla bağlı kütləvi tədbirlər keçiriləcək. Xatırladaq ki, tarixində ilk dəfə olaraq ÇL-in həlledici oyunu bu il şənbə günü baş tutacaq. Buna qədər final matçları çərşənbə günləri oynanılırdı.
0