Ziya Doğan istefa verdi
09.01.2010 - 00:06
Ziya Doğan istefa verdi
Türkiyə Superliqasında mübarizə aparan “Diyarbəkirspor” komandasının baş məşqçisi Ziya Doğan istefa verib. Apasport.az saytının xəbərinə görə, klubla müqaviləsini birtərəfli qaydada pozan təcrübəli mütəxəssis bildirib ki, futbolçuların borcları ödənilərsə və istədiyi oyunçular alınarsa, bir-iki gün ərzində ilyarımlıq müqavilə imzalayar: “Mən bu barədə rəhbərliyə öz sözümü demişəm”.
0