Gürcüstan yığmasının üzvü “Neftçi” klubuna baxışa gəldi
09.01.2010 - 11:15
Gürcüstan yığmasının üzvü “Neftçi” klubuna baxışa gəldi
Gürcüstan milli komandasının üzvü Luka Razmadze “Neftçi”yə baxışa gəlib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” 27 yaşlı yarımmüdafiəçini sınaqdan keçirir.

Karyerasına 2004/05 mövsümündə Qorinin “Dila” klubunda başlayan Luka 5 ildir “VİT-Corciya”da çıxış edir. O, Tiflis təmsilçisinin heyətində ölkə çempionluğunu qazanıb. 2008-ci ildən milli komandasının üzvü olan Razmadze 10 oyunda meydana çıxıb.

Qeyd edək ki, Luka “Neftçi”yə qış fasiləsində gələn ilk legionerdir. Flaqmanda əvvəldən fərqli olaraq indi gürcü futbolçu oynamır.
0