AFFA prezidenti Yozef Blatterlə görüşəcək
14.01.2010 - 10:54
AFFA prezidenti Yozef Blatterlə görüşəcək
AFFA prezidenti Rövnəq Abdullayev Moskvada Yozef Blatter və Mişel Platini ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, “Bakı” klubunun iştirakı ilə “MDB və Baltikyanı ölkələrin Birlik kuboku” turnirini izləmək üçün gələn həftəsonu Rusiya paytaxtına səfər edəcək FİFA və UEFA prezidentləri AFFA rəhbərliyinin də iştirakı ilə iclas keçirəcək.

Rusiya Futbol İttifaqının mətbuat xidmətinin rəhbəri Andrey Malosolovun sözlərinə görə, əsas müzakirə obyekti “Birlik kuboku”nun gələcək taleyi ilə bağlı olacaq: “Moskvada MDB və Baltikyanı ölkələrin futbol assosiasiyalarının rəhbərlərinin iştirakı ilə geniş iclas olacaq. Orada Blatter və Platini ilə yanaşı, FİFA və UEFA-nın 10-a yaxın nümayəndəsi qatılacaq. İştirakçılar “Birlik kuboku”nun gələcək formatını müzakirə edəcək. Bizim siyasi nöqteyi-nəzərimiz belədir ki, belə turniri keçirmək lazımdır. Bununla həm Blatter, həm də Platini razıdır. Axı FİFA və UEFA nümayəndələri az turnirlərə belə sabit baş çəkirlər”.

Qeyd edək ki, Blatter Moskvaya yanvarın 22-də, Platini ertəsi gələcək. Onlar “Birlik kuboku”nin final oyununu izləyəcək, bağlanış mərasimində iştirak edəcək, “Olimpiyski”də mətbuat konfransı keçirəcək.
0