Yığmamız yenə səfərə iki qapıçı ilə çıxır
14.01.2010 - 17:41
Yığmamız yenə səfərə iki qapıçı ilə çıxır
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Bernard Lippert yığmanın Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışına 18 futbolçu çağırıb.

Avropa çempionatının son seçmə oyununda qapıçı problemi ilə üzləşən mütəxəssis yenə səfərə iki əlcək sahibi ilə yollanmağa qərar verib. Heyətə isə Elçin Sadıqov, Səlahət Ağayev, Orxan Həsənov, Nodar Məmmədov, Vurğun Hüseynov, Fərrux Rəhimov, Nizami Hacıyev, Novruz Məmmədov, Tural Axundov, Emin Mustafayev, Eşqin Quliyev, Natiq Kərimi, Hüseyn Axundov, Cavid Hüseynov, Pərvin Paşayev, Şəhriyar Rəhimov, Taqim Novruzov və Cavid İmamverdiyev dəvət edilib.

Xatırladaq ki, Avstriya ilə səfər matçına iki qapıçı aparan Lippert onlardan birinin zədələnməsi üzündən oyuna tək əlcək sahibi sifariş etmişdi. Osman Umarovun hələ birinci hissədə qırmızı vərəqə alması isə Vurğun Hüseynovun müdafiəçi ampluasını qapıya dəyişməsinə səbəb olmuşdu.

Qeyd edək ki, Antalya toplanışı yanvarın 16-dan 25-dək davam edəcək.
0