“Neftçi”nin futbolçusu Almaniyaya gedir
14.01.2010 - 22:17
“Neftçi”nin futbolçusu Almaniyaya gedir
Ruslan Abışovun ardından “Neftçi”nin daha bir futbolçusu əməliyyat olunacaq. Apasport.az saytının xəbərinə görə, son məşqlərdən birində Tural Nərimanovun sol diz oynağında ağrılar başlayıb. Həkimlər tərəfindən müayinə olunan müdafiəçi diz oynağının medial meniskinin arxa buynuzunda III dərəcə yırtıq olduğu üzə çıxıb.

“Neftçi” rəhbərliyi onun Almaniyaya əməliyyata göndərəcək. Nərimanovla bağlı son qərar yaxın günlərində Almaniyadan gələn cavabdan sonra veriləcək.
0