Albaniyalı müdafiəçi “Neftçi”yə gəldi
15.01.2010 - 00:04
Albaniyalı müdafiəçi “Neftçi”yə gəldi
“Neftçi” müdafiəçi axtarmaq məcburiyyətində qalıb. Apasport.az saytının xəbərinə görə, Ruslan Abışovun ardından flaqmanın daha bir arxa xətt oyunçusu Tural Nərimanov da əməliyyat olunacaq.

Bu səbəbdən albaniyalı müdafiəçi Henri Ndreka baxışa dəvət olunub. Sonuncu klubu Ukrayna “Krivbass”ı olan 26 yaşlı futbolçu yüksək fiziki keyfiyyətlərə malikdir. Onun boyu 1,94 sm-dir.

Gündə iki dəfə olmaqla məşqləri davam etdirən “Neftçi” bu gün saat 10:30-da “Karvan”la qarşılaşacaq.
0