Vaqif Sadıqov “İnter” və “Bavariya”lı futbolçuları bəyənəcəkmi?
15.01.2010 - 00:08
Vaqif Sadıqov “İnter” və “Bavariya”lı  futbolçuları bəyənəcəkmi?
“Neftçi” daha iki futbolçunu baxışa dəvət edib. Klubdan apasport.az saytına verilən xəbərə görə, İbrahim Maaroufi ilə Qrum Bibişkov komandanın məşqinə qatılıb.

Belçika vətəndaşı olan Maaroufinin 21 yaşı var. İtaliyanın “İnter” klubunda oynamış Mərakeş əsilli dayaq yarımmüdafiəçisi Belçikanın 21 yaşadək yığma komandasında çıxış edib.

Bibişkova gəlincə, 27 yaşlı hücumçu “Pirin” (Bolqarıstan, 1997-98), “Bavariya” (Münhen/Almaniya, 1999-2000), “Levski” (Sofiya/Bolqarıstan, 2000-01), “Marek” (Bolqarıstan, 2001-04), “Maritimu” (Portuqaliya, 2004-06), “Liteks” (Bolqarıstan, 2006-09) və “Styaua” (Rumıniya, 2009) kimi klublarda çıxış edib və Bolqarıstanın U-21 yığma komandasının şərəfini qoruyub.

Hər iki futbolçunun bu gün saat 10:30-da “Karvan”la keçiriləcək yoldaşlıq oyununda meydana çıxacağı gözlənilir.
0