“Muğan” yığmamızın futbolçusunu transfer etdi
15.01.2010 - 09:51
“Muğan” yığmamızın futbolçusunu transfer etdi
Salyanın “Muğan” klubu Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının futbolçusu ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, əyalət komandası yarımmüdafiəçi Tural Axundovu sıralarına qatıb. Cari mövsümün ilk dövrəsini I divizionda mübarizə aparan MOİK-in heyətində keçirmiş Axundovla 1 illik müqavilə bağlanılıb.

Lakin “Muğan”ın qış fasiləsindəki transferlərinin bununla bitməyəcəyi gözlənilir. Bu günlərdə klubun məşqçi korpusu yerli və legioner futbolçuları sınayırlar. Baş məşqçi Almir Hurtiç xüsusilə, ön xətti gücləndirmək fikrindədir. Çünki az öncə komandadan iki əcnəbi hücumçu - bosniyalılar Eldin Adiloviçlə Adis Çulov qovulub.
0