Aleksandr Səmədov Azərbaycan yığmasından danışdı
15.01.2010 - 10:10
Aleksandr Səmədov Azərbaycan yığmasından danışdı
Moskvanın “Dinamo” klubunun futbolçusu Aleksandr Səmədov Azərbaycan yığması haqda danışmaq istəmir. Apasport.az saytının məlumatına görə, Rusiya mətbuatına müsahibə verən soydaşımız milli komandamızdan aldığı təklifi xatırlayıb.

Doğulub boya-başa çatdığı Rusiya yığmasına da namizəd kimi adı hallanan Səmədov özünü elə aparıb ki, sanki millimiz haqda danışmaqdan bezib: “Bir vaxtlar Azərbaycan yığmasında oynamaq təklifini ciddi götür-qoy edirdim. Lakin bu haqda artıq çox danışılıb. Yenidən Azərbaycan millisi haqda mövzuya qayıtmaq istəmirəm”.

Qeyd edək ki, 2003-cü ilin avqustunda Azərbaycan milli komandasına dəvət olunan Səmədov Bakıda keçirilən təlim-məşq toplanışında iştirak edib.
0