Milli komandamız Rusiyanın ikinci heyətinə uduzub
15.01.2010 - 10:15
Milli komandamız Rusiyanın ikinci heyətinə uduzub
“Azərbaycan milli komandası ilə matçda yetirmələrim məzmunlu oyun göstərdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi səlahiyyətlərini yerinə yetirən Dmitri Ulyanov deyib.

Belarusun paytaxtı Minskdə keçirilən beynəlxalq turnirin qrup mərhələsinin son turunda Azərbaycan üzərində 3:0 hesablı qələbəyə sevinən şimallıların çalışdırıcısı matçdan sonra keçirilən mətbuat konfransında məmnun olduğunu hiss etdirib. Hətta Ulyanov yığmamıza qarşı ikinci heyətlə mübarizə apardıqlarını iddia edib: “Bu dəfə oyun praktikası az olan, əvvəlki qarşılaşmalarda çox oynamayanlara şans vermişdik. İş elə gətirdi ki, artıq 24-cü dəqiqədə hesab 3:0 idi. Bu isə nəticənin demək olar ki, həll olunması idi. İkinci hissədə daha arxayın oynayıb qələbəni rəsmiləşdirdik. İndi Belçika ilə keçiriləcək final haqda düşünürük”.

Qeyd edək ki, Minsk turnirinin B qrupunda mübarizə aparan Rusiya yığması 1-ci, millimiz isə 4 komanda arasında sonuncu yer tutub.
0