Yığmamızın Belarusla oynayacağı dəqiqləşdi
15.01.2010 - 10:21
Yığmamızın Belarusla oynayacağı dəqiqləşdi
Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirin qrup mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, yanvarın 16-da keçiriləcək final matçlarında hansı komandaların neçənci yerlər uğrunda mübarizə aparacağı dəqiqləşib.

B qrupunda çıxış edib sonuncu olan Azərbaycan milli komandası gözlənildiyi kimi meydan sahibləri ilə üz-üzə gələcək. Ardıcıl üçüncü oyununda da uduzan Belarus futbolçuları Belçikaya 2:3 hesablı məğlubiyyətdən sonra qrup mərhələsini xalsız başa vurub. Oliver Pelzerin yetirmələri meydan sahibləri ilə qarşılaşmaya saat 12:00-da çıxacaq.

Latviya və Litva yığmaları 5-ci, Moldova və Ukrayna futbolçuları 3-cü, Rusiya ilə Belçika isə 1-ci yer uğrunda mübarizə aparacaq.
0