Ağasəlim Mircavadov: Çempionluğa qovuşacağıq
15.01.2010 - 10:28
Ağasəlim Mircavadov: Çempionluğa qovuşacağıq
“Mövsümün ikinci yarısı üçün hazırlıqlarımız çox yüksək səviyyədə keçir. Türkiyədəki təlim-məşq toplanışı yaxşı təşkil olunub”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Hazırda Antalyada keçirilən toplanışdan məmnun olan təcrübəli mütəxəssis qonşu ölkə mətbuatının da diqqətini cəlb edib. Həmkarlarımıza açıqlamasında Mircavadov Lənkəran təmsilçisinin iddialarını sonadək davam etdirəcəyini də bildirib: “Bura gəldiyimiz gündən yüksək səviyyədə hazırlaşırıq. Oyunçularıma güvənirəm. Çempionluq üçün oynayacağıq. İstəyimizə çatacağıq”.

Qeyd edək ki, lənkəranlılar qış fasiləsinə Unibank Premyer Liqasının üçüncü komandası kimi yollanıb. Mircavadovun yetirmələri yalnız “İnter” və “Qarabağ”dan geri qalır.
0