“Bakı” üçün “Dinamo”
15.01.2010 - 10:39
“Bakı” üçün “Dinamo”
"Birlik Kuboku"nda iştirak edən Azərbaycan çempionu "Bakı" artıq Moskvadadır. Apasport.az saytının xəbərinə görə, "Kosmos" mehmanxanasında məskunlaşan komanda bu gün səhər yeməyndən sonra bir araya gələcək.

Paytaxt təmsilçisi bu gün "Dinamo" manejində məşqə çlxacaq. Xatırladaq ki, "Bakı" ilk oyununu, məhz burada Tacikistan çempionu "Vaxş"a qarşı keçirəcək. Adıçəkilən oyun yanvar ayının 16-da Bakı vaxtı ilə saat 14-də başlanacaq.
0