Kamran Ağayev iddialı danışdı: “Xəzər-Lənkəran” çempion olacaq!
15.01.2010 - 10:45
Kamran Ağayev iddialı danışdı: “Xəzər-Lənkəran” çempion olacaq!
Türkiyə mətbuatı “Xəzər-Lənkəran” klubunun Antalyada keçirilən təlim-məşq toplanışını diqqət mərkəzində saxlayır. Apasport.az saytının məlumatına görə, Antalyada keçirilən hazırlıqları yaxından izləyən həmkarlarımız yaxşı tanıdıqları Devran Ayhanın da yer aldığı Lənkəran təmsilçisinin məşqlərini qaçırmaq istəmir.

4 gündür Türkiyədə olan komandamızın düşərgəsinə baş çəkən jurnalistlər Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevlə də söhbət edib. Həmkarlarımızın suallarına həvəslə cavab verən gənc futbolçu mayda Azərbaycan çempionu olacaq komandanın adını açıqlayıb: “Antalya toplanışı əla şəraitdə keçir. Bunun ardından başlayacaq mövsümün ikinci yarısından sonra “Xəzər-Lənkəran” çempion olacaq”.

Qeyd edək ki, “Xəzər-Lənkəran” Türkiyədə ilk yoxlama oyununu yanvarın 17-də Belarusun “Vitebsk” klubuna qarşı keçirəcək.
0