Ceyhun Sultanov: Adımıza layiq nəticə göstərəcəyik
15.01.2010 - 10:51
Ceyhun Sultanov: Adımıza layiq nəticə göstərəcəyik
“Xəzər-Lənkəran” klubunun futbolçusu Ceyhun Sultanov Unibank Premyer Liqasının çempionu adını qazanmaq şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, hazırda komandanın heyətində Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi lənkəranlıların tarixində ikinci zəfərə çox yaxın olduğunu düşünür. Türkiyə mətbuatına açıqlama verən 30 yaşlı futbolçu hazırda üçüncü pillədə qərarlaşan “Xəzər-Lənkəran”ın çempionluq şanslarının digərlərindən qat-qat artıq olduğunu bildirib: “Antalyada 16 günlük hazırlıq keçəcəyik. Elə ilk gündən hər şey əladır. Azərbaycan çempionu olmaq şanslarımız 90 faizdir. Mövsümün sonunda “Xəzər-Lənkəran”ın adına layiq nəticə göstərəcəyik”.

Qeyd edək ki, 2007-ci ilin yanvarından Lənkəran təmsilçisinin şərəfini qoruyan Sultanov komandasının qazandığı bütün titullara – Azərbaycan çempionu (2007), Azərbaycan kuboku (2007 və 2008), Birlik kuboku (2008) sahib olub.
0